“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik UEFA Çempionlar Liqasının liqa mərhələsində “Atletiko” ilə keçiriləcək oyunda Karlos Balebanın start heyətində meydana çıxa biləcəyini bildirib.
İdman.Biz xəbər verir ki, ingiltərəli mütəxəssis yarımmüdafiəçinin “Tottenhem”lə qarşılaşmada ehtiyatdan meydana daxil olduqdan sonra göstərdiyi oyundan razı qalıb.
“Onun “Tottenhem”lə oyundakı çıxışı məni çox sevindirdi, amma təəccübləndirmədi. Karlosun komandaya nə verə biləcəyini yaxşı bilirik. Kobbi Maynu bizimlə olmadığı üçün yarımmüdafiədə fərqli seçim imkanlarımız var. Baleba ilə bağlı qərar verməliyik və bunun necə olacağını görəcəyik.
Karlos yarımmüdafiədəki balansımıza fərqli xüsusiyyətlər qatır”, - deyə Karrik bildirib.
Qeyd edək ki, “Atletiko” – “Mançester Yunayted” matçı bu gün Madriddə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
