Portuqaliyanın “Sportinq” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, Lissabon təmsilçisi ikinci turda Fransanın “Lans” komandasının qonağı olub.
“Bollar-Delelis” stadionunda keçirilən qarşılaşma “Sportinq”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 22-ci dəqiqədə açılıb. Qonaqların hücumçusu Luis Suares fərqlənib. 74-cü dəqiqədə isə yarımmüdafiəçi İssa Dumbiya ikinci qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, “Sportinq” Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi iki oyundan maksimum nəticə əldə edərək altı xal toplayıb. Portuqaliya klubu ilk turda “Qalatasaray”ı 3:1 hesabı ilə məğlub etmişdi. İlk turda “Slaviya”ya 3:2 hesabı ilə qalib gələn “Lans” isə üç xalda qalıb.
