Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38
100
Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo braziliyalı futbolçu Endrikin bu mövsüm başqa kluba icarəyə veriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Çempionlar Liqasında “Roma” ilə keçiriləcək qarşılaşmadan əvvəl futbolçunu komandada saxlamaq niyyətində olduğunu açıqlayıb.

“Endrikin icarəyə verilməsi? Onu transfer etmək istəyən bütün klublar əvvəlcə mənimlə mübarizə aparmalı olacaqlar. Endriki çox sevirəm. Onun inanılmaz potensialı var və komandamız üçün çox vacib futbolçudur”, – deyə Mourinyo bildirib.

Baş məşqçi gənc hücumçunun gələcəyinə inandığını vurğulayıb:

“Onun icarəyə getməsinə ehtiyac yoxdur. Endrik məhz burada uğur qazanacaq”.

Qeyd edək ki, Endrik bu mövsüm “Real”ın heyətində az oyun vaxtı qazanıb və hələ heç bir qarşılaşmaya start heyətində başlamayıb.

İdman.Biz