“Fənərbağça” “Real”ın futbolçusunun transferi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

14 Oktyabr 2026 00:28
112
“Fənərbağça” “Real”ın futbolçusunun transferi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Türkiyənin “Fənərbağça” klubu “Real Madrid”in futbolçusu Brahim Diasın mümkün transferi ilə bağlı yayılan məlumatları təkzib edib.

İdman.Biz “365Scores” nəşrinə istinadən xəbər verir ki, İstanbul klubundakı mənbə Mərakeş millisinin üzvünün transferində maraqlı olduqları barədə iddiaların əsassız olduğunu bildirib.

Klubdan verilən məlumata görə, Dias hazırda “Fənərbağça”nın transfer planlarına daxil deyil. Həmçinin bu şayiələrin futbolçunun nümayəndələri tərəfindən yayıla və ya gündəmə gətirilə biləcəyi ehtimalı irəli sürülüb.

Diasın gələcəyi ilə bağlı söz-söhbətlərin yaranmasına onun “Real”dakı vəziyyəti səbəb olub. Hücumameyilli futbolçu Madrid təmsilçisinin heyətində müntəzəm oyun vaxtı qazanmaqda çətinlik çəkir və cari mövsümdə yalnız bir qarşılaşmaya start heyətində çıxıb.

İdman.Biz