“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının bütün dövrlər üzrə ən yaxşı bombardirləri siyahısında səkkizinci yerə yüksəlib.
İdman.Biz xəbər verir ki, ingiltərəli futbolçu Liqa mərhələsinin ikinci turunda Norveçin “Vikinq” komandasına qarşı keçirilən görüşdə dubl edib.
Keyn 54-cü və 60-cı dəqiqələrdə fərqlənərək Çempionlar Liqasındakı qollarının sayını 57-yə çatdırıb.
Bununla da hücumçu 56 qolu olan Rud van Nistelroyu geridə qoyub və sabiq komanda yoldaşı Tomas Müllerə çatıb.
Müller Çempionlar Liqasında 57 qolu 163 oyunda vurduğu halda, Keyn bu nəticəyə cəmi 73 qarşılaşmada çatıb.
Qeyd edək ki, ingiltərəli hücumçu 2023-cü ildən “Bavariya”da çıxış edir. O, daha əvvəl “Tottenhem”in formasını geyinib.
Münhen təmsilçisi Çempionlar Liqasının ilk turunda Norveçin digər klubu “Budyo-Qlimt”i 5:0 hesabı ilə məğlub edib.
