İspaniyanın “Elçe” və “Selta” futbol komandaları La Liqanın səkkizinci turunda qarşılaşıblar.
İdman.Biz xəbər verir ki, Elçedə keçirilən görüşdə qol vurulmayıb - 0:0.
Meydan sahibləri topa 65 faiz nəzarət edib və rəqib qapısına 10 zərbə vurub, onlardan ikisi çərçivəyə düşüb. “Selta” səkkiz zərbə vursa da, heç biri qapı çərçivəsinə yönəlməyib. Qonaqların futbolçuları üç, meydan sahibləri isə bir sarı vərəqə alıblar.
Bu nəticədən sonra “Selta” səkkiz xalla turnir cədvəlində doqquzuncu yerdədir. Viqo klubu səkkiz turda beş dəfə heç-heçə edib. “Elçe” altı xalla 17-ci pillədə qərarlaşıb.
La Liqanın növbəti turunda “Elçe” oktyabrın 17-də səfərdə “Vilyarreal”la qarşılaşacaq, “Selta” isə oktyabrın 18-də öz meydanında “Alaves”i qəbul edəcək.
