Ronaldu 1000-ci qola bir addım da yaxınlaşdı - VİDEO

13 Oktyabr 2026 00:23
117
Ronaldu 1000-ci qola bir addım da yaxınlaşdı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasında növbəti qoluna imza atıb.

İdman.Biz xəbər verir ki, 41 yaşlı futbolçu Asiya Futbol Konfederasiyasının Elit Çempionlar Liqasının ikinci turunda Özbəkistanın “Neftçi” klubuna qarşı keçirilən matçda fərqlənib.

Portuqaliya millisinin heyətində 2016-cı il Avropa çempionu olan Ronaldu görüşün 42-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Bu qol ulduz futbolçunun peşəkar karyerasında 981-ci olub. Beləliklə, Ronaldunun 1000 qol həddinə çatması üçün daha 19 dəfə fərqlənməsi lazımdır.

İdman.Biz