Futbol üzrə Azərbaycan İkinci Liqasında yeddinci turun son qarşılaşmaları bu gün baş tutacaq.
İdman.Biz xəbər verir ki, turun bağlanış günündə üç görüş keçiriləcək.
“Şəmkir” “Hypers”lə, “Dinamo” “Kür-Araz”la, “Marafon” isə “Ağdaş”la münasibətlərinə aydınlıq gətirəcək. Bütün oyunlar eyni saatda start götürəcək.
Azərbaycan İkinci Liqası
Yeddinci tur
13 oktyabr
15:00. “Şəmkir” - “Hypers”
Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Ağadur Mahmudov, Rauf Salamov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.
15:00. “Dinamo” - “Kür-Araz”
Hakimlər: Hacıağa Həsənov, Hüseyn Vəliyev, Tural Bayramov, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu.
15:00. “Marafon” - “Ağdaş”
Hakimlər: Mehdi Yusifov, Cavid Ömərov, Əhməd Əhmədsoy, Nəriman Ağayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Sabirabad. “Marafon Arena”.
Qeyd edək ki, yeddinci turun əvvəlki oyunlarında “Qaradağ Lökbatan” səfərdə “Ağstafa Gəncləri”ni 2:1, “Difai” doğma meydanda “Şəki”ni 4:1, “Zəngəzur” isə “Şirvan”ı 1:0 hesabı ilə məğlub edib.
