Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.
İdman.Biz xəbər verir ki, standart biletlərin qiyməti 5 manat, VIP biletlərin qiyməti isə 15 manat təşkil edir.
Biletləri bu gündən etibarən iTicket.az platforması vasitəsilə onlayn əldə etmək mümkün olacaq. Oyun günü isə azarkeşlər QR biletlərini stadionun kassalarından və ya iTicket.az saytından ala biləcəklər.
Stadiona giriş yalnız QR biletlə mümkün olacaq. Azarkeşlərdən qeydiyyat zamanı şəxsi məlumatlarını düzgün daxil etmələri xahiş olunur.
Stadionun qapıları azarkeşlər üçün matçın başlanmasına 120 dəqiqə qalmış açılacaq.
Qeyd edək ki, “Qarabağ” - “Neftçi” oyunu oktyabrın 17-də saat 19:00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.
