ABŞ və Kanada futbol çempionatının (MLS) ötən oyun həftəsi üçün rəmzi komandası açıqlanıb.
İdman.Biz xəbər verir ki, “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi və uruqvaylı hücumçu Luis Suares rəmzi heyətə daxil ediliblər. Hər iki futbolçu “Di Si Yunayted”lə görüşdə (4:0) iki qol vurub. Suares bununla yanaşı, bir məhsuldar ötürmə də verib.
Beləliklə, MLS-in 29-cu turunun rəmzi komandası belədir:
Qapıçı: Maksim Krepo (“Orlando Siti”).
Müdafiəçilər: Rid Beyker-Uaytinq (“Neşvill”), Deyv Romni (“San-Xose Ertkuayks”), İvan Anqulo (“Orlando Siti”).
Yarımmüdafiəçilər: Andre Luis (“Sportinq Kanzas-Siti”), Maren Hayle-Selassie (“Çikaqo Fayr”), Karlo Holse (“Sent-Luis Siti”), Lionel Messi (“İnter Mayami”).
Hücumçular: Rafael Navarro (“Sent-Luis Siti”), Luis Suares (“İnter Mayami”), İdan Toklomati (“Şarlott”).
Turun ən yaxşı məşqçisi adına “Sent-Luis Siti”nin çalışdırıcısı Yoann Damet layiq görülüb.
Qeyd edək ki, “Orlando Siti”nin fransalı hücumçusu Antuan Qrizmann da ehtiyat oyunçular siyahısına daxil edilib.
