İngiltərənin “Mançester Siti” futbol komandasının hücumçusu Erlinq Holand karyerasını İspaniyanın “Barselona” klubunda davam etdirə bilər.
İdman.Biz “El Nacional” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı norveçli futbolçu Kataloniya təmsilçisində Lamin Yamalla birlikdə oynamaq istəyir.
Holand “Mançester Siti”dəki karyerasının başa çatmaq üzrə olduğunu düşünür və cari mövsümün sonunda komandadan ayrılmaq ehtimalını nəzərdən keçirir.
Hücumçunun qərarına təsir göstərə biləcək amillərdən biri də İngiltərə klubunun maliyyə qaydalarını pozması ilə bağlı araşdırma çərçivəsində mümkün sanksiyalarla üzləşməsidir.
Mənbənin məlumatına əsasən, norveçli futbolçunun nümayəndələri mümkün transferi “Barselona”nın prezidenti Joan Laporta ilə müzakirə etməyə hazırdırlar. Lakin tərəflər arasında danışıqlar hələlik konkret razılaşma ilə nəticələnməyib.
