“Sabah”ın U-19 futbol komandası bu gün Çexiya təmsilçisi ilə qarşılaşacaq

13 Oktyabr 2026 10:22
88
“Sabah”ın U-19 futbol komandası bu gün Çexiya təmsilçisi ilə qarşılaşacaq

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv Bakıda Çexiyanın “Slaviya” klubunun U-19 komandası ilə üz-üzə gələcək.

Əlincə stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq. Qarşılaşmanı norveçli hakim Marius Hansen Qrotta idarə edəcək.

Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 0:5 hesabı ilə məğlub olub. “Slaviya” isə doğma meydanda Fransanın “Lans” komandasını 2:1 hesabı ilə üstələyib.

İdman.Biz
Məqalədə: