AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdman.Biz xəbər verir ki, iclasda Misli Premyer Liqasının yeddinci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Araz-Naxçıvan” - “Kəpəz” matçı: 9 oktyabr 2026-cı il tarixində keçirilən görüşdə hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” klubu 2000 manat cərimə edilib (Maddə 74.1).
“Neftçi” - “Sabah” matçı: 9 oktyabr 2026-cı il tarixində keçirilən qarşılaşmada “Neftçi” azarkeşlərinin rəqib futbolçunun ünvanına kütləvi təhqiramiz ifadələr səsləndirməsinə görə paytaxt klubu 5000 manat cəriməyə məruz qalıb (Maddə 52.5). Həmçinin, həmin oyunda 4 futbolçusu sarı vərəqə alan “Sabah” komandası 700 manat cərimələnib (Maddə 43.1).
“İmişli” - “Qarabağ” matçı: 11 oktyabr 2026-cı il tarixində baş tutan oyundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 2500 manat cərimə olunub (Maddə 86.3).
