“Qarabağ-2”nin məşqçisi Muarem Zekiri dörd oyunluq cəza alıb.
İdman.Biz xəbər verir ki, AFFA İntizam Komitəsi mütəxəssislə bağlı qərar qəbul edib.
Zekiri Əvəzedicilər Liqasının beşinci turunda “Zirə” ilə keçirilən oyunun 68-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Hadisə ilə bağlı məşqçi dörd oyunluq cəzalandırılıb, “Qarabağ” klubu isə 1000 manat cərimələnib.
