Zamiq Əliyev start heyətdə meydana çıxdı, “Eqnatiya” qələbə qazandı

29 Noyabr 2026 23:28
63
Zamiq Əliyev start heyətdə meydana çıxdı, “Eqnatiya” qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti çempionat oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, Albaniya Superliqasının 13-cü turunda son ölkə çempionu doğma meydanda “Elbasani”ni qəbul edib.

Baş məşqçi Nevil Dede azərbaycanlı müdafiəçiyə ilk dəqiqələrdən şans verib.

Görüşün 19-cu dəqiqəsində Yurqens Monteneqro meydan sahiblərini hesabda önə çıxarıb. 68-ci dəqiqədə İbrahim Diabate fərqi artırıb. Üç dəqiqə sonra Ledio Tresa “Elbasani”nin qolunu vurub. Oyun bu hesabla da başa çatıb.

"Eqnatiya" xallarını 30-a çatdıraraq birinci pillədəki mövqeyini möhkəmləndirib.

Xatırladaq ki, Zamiq Əliyev noyabrın 26-da UEFA Konfrans Liqasında Cəbəllütariqin “Linkoln Red İmps” komandasına qarşı keçirilən görüşdə də meydana çıxıb. Həmin qarşılaşma “Eqnatiya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Albaniya çempionatının lideri olan “Eqnatiya” növbəti turda, dekabrın 3-də səfərdə “Partizani” ilə qarşılaşacaq.

İdman.Biz