Fransa Liqa 1-in 12-ci turunda “Marsel” futbol komandası səfərdə “Oser”in qonağı olub.
İdman.Biz xəbər verir ki, “Abbe-Deşam” stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün beşinci dəqiqəsində Amin Quiri rəqib qapısına yol taparaq “Marsel”i hesabda önə çıxarıb. İlk hissənin sonlarında “Oser”in müdafiəçisi Aksel Tuanzebe qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Təyin olunan penaltini dəqiq yerinə yetirən İqor Payşan hesabı 2:0-a çatdırıb.
Say üstünlüyünə malik olan “Marsel” fasilədən sonra da təşəbbüsü əlində saxlasa da, hesab dəyişməyib.
Bu qələbə ilə xallarının sayını 21-ə çatdıran “Marsel” top fərqinə görə “Brest” və “Lill”i qabaqlayaraq üçüncü pilləyə yüksəlib.
Turnir cədvəlinə 29 xalla PSJ başçılıq edir. “Paris” isə 23 xalla ikinci sıradadır.
