Manuel Noyer futbolçu karyerasını başa vurmağa hazırlaşır

29 Noyabr 2026 19:31
52
Manuel Noyer futbolçu karyerasını başa vurmağa hazırlaşır

Almaniyanın “Bavariya” futbol komandasının qapıçısı Manuel Noyer peşəkar karyerasını başa vurmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, “GOAL24”ün paylaşımında təcrübəli qapıçının gələcəyi ilə bağlı aşağıdakı açıqlaması yer alıb:

“Bu yaydan sonra artıq futbol oynamayacağam. Qalan vaxtdan zövq almağa çalışıram”.

Daha əvvəl almaniyalı insayder Florian Plettenberq də Noyerin cari mövsümün sonunda karyerasını başa vuracağını bildirmişdi.

2011-ci ildən “Bavariya”nın formasını geyinən Noyer Münhen təmsilçisi ilə iki dəfə Çempionlar Liqasının qalibi olub. Təcrübəli qapıçı 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu adını da qazanıb.

Onun “Bavariya” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

İdman.Biz