Azərbaycan millisinin futbolçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının heyətində növbəti qarşılaşmasına çıxıb.
İdman.Biz xəbər verir ki, Kipr çempionatının 11-ci turunda “Pafos” doğma meydanda Limassolun “Aris” komandasını qəbul edib.
Görüşə ehtiyat oyunçular skamyasında başlayan Murad Məmmədov 17-ci dəqiqədə braziliyalı Bruno Felipeni əvəzləyib.
Qarşılaşmanın 32-ci dəqiqəsində Qustavo Paje fərdi ustalığı sayəsində “Aris”i hesabda önə çıxarıb.
“Pafos” 11 oyundan 19 xalla altıncı pillədədir.
Xatırladaq ki, Murad Məmmədov noyabrın 26-da UEFA Konfrans Liqasında Danimarkanın “Midtyulland” komandasına qarşı keçirilən görüşdə də meydana çıxıb. Həmin qarşılaşmada “Pafos” 0:2 hesabı ilə məğlub olub.
“Neftçi”nin yetirməsi olan 20 yaşlı futbolçunun Kipr təmsilçisi ilə 2030-cu ilin iyununa qədər müqaviləsi var.
