Bundesliqa: “Leypsiq” son saniyələrdə “Frayburq”la oyunda məğlubiyyətdən xilas oldu

29 Noyabr 2026 20:30
36
Bundesliqa: “Leypsiq” son saniyələrdə “Frayburq”la oyunda məğlubiyyətdən xilas oldu

Almaniya Bundesliqasının 11-ci turunda “Frayburq” futbol komandası doğma meydanda “Leypsiq”i qəbul edib.

İdman.Biz xəbər verir ki, “Europa-Park” stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Meydan sahibləri ilk hissədə iki topluq üstünlük əldə ediblər. 11-ci dəqiqədə İqor Matanoviç hesabı açıb, 43-cü dəqiqədə isə Maksimilian Eqgeştayn penaltini dəqiq yerinə yetirib.

Fasilədən sonra “Leypsiq” geridönüş etməyi bacarıb. 53-cü dəqiqədə Kristofer Nkunku penaltidən hesab arasındakı fərqi azaldıb. Qarşılaşmanın əsas vaxtına əlavə olunan üçüncü dəqiqədə isə Kristof Baumqartner tarazlığı bərpa edib.

Bu nəticədən sonra 23 xalı olan “Frayburq” turnir cədvəlinin üçüncü pilləsindəki mövqeyini qoruyub. “Leypsiq” isə 22 xalla dördüncü sırada qərarlaşıb.

İdman.Biz