“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

13 Oktyabr 2026 12:06
112
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

“İmişli” futbol komandası baş məşqçisi Fərid Namazov ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Cari mövsümün əvvəlində Premyer Liqa klubunun baş məşqçisi təyin olunmuş Fərid Namazovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “İmişli” Misli Premyer Liqasının yeddinci turunda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olub. Komanda yeddi turdan sonra dörd xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.

İdman.Biz