Tedesko Türkiyə klubunun təklifini rədd etdi

13 Oktyabr 2026 12:13
93
Tedesko Türkiyə klubunun təklifini rədd etdi

Türkiyənin “Samsunspor” futbol komandası baş məşqçi postuna Domeniko Tedes¬konu gətirmək istəsə də, müsbət cavab ala bilməyib.

İdman.Biz “CNN Türk”ə istinadən xəbər verir ki, klub rəhbərliyi 41 yaşlı mütəxəssislə əlaqə saxlayaraq ona rəsmi təklif ünvanlayıb. Lakin Tedesko təklifi rədd edib.

“Samsunspor” Türkiyə Super Liqasında uğursuz nəticələrdən sonra baş məşqçi Torsten Finklə yollarını ayırıb. Komanda yeddinci turda doğma meydanda “Trabzonspor”a 0:3 hesabı ilə məğlub olub və yeddi oyunda cəmi dörd xal toplayıb.

Tedesko daha əvvəl Türkiyənin “Fənərbağça” futbol komandasına rəhbərlik edib. O, İstanbul təmsilçisinin baş məşqçisi kimi 45 rəsmi qarşılaşmada 26 qələbə, 12 heç-heçə və yeddi məğlubiyyətlə üzləşib. Mütəxəssis komanda ilə Türkiyə Superkubokunu da qazanıb.

“Fənərbağça”dan ayrıldıqdan sonra İtaliyanın “Bolonya” klubunun baş məşqçisi təyin olunan Tedeskonun bu komandadakı fəaliyyəti uzun sürməyib.

Qeyd edək ki, “Samsunspor” oktyabrın 18-də Türkiyə Super Liqasında “Kasımpaşa”nın qonağı olacaq.

İdman.Biz