“İnter Mayami” klubunun futbolçusu Lionel Messi özü və ailəsi üçün uzunluğu 28 metr olan dəbdəbəli yaxta sifariş edib.
İdman.Biz yaxta istehsalçısı “Sunreef Yachts” şirkətinə istinadən xəbər verir ki, gəminin tikintisi artıq Birləşmiş Ərəb Əmirliklərində yerləşən tərsanədə aparılır.
Yaxtanın dəqiq qiyməti açıqlanmır. İstehsalçı şirkət hələlik gəminin texniki təchizatı və argentinalı futbolçuya təhvil veriləcəyi tarix barədə də məlumat paylaşmayıb.
Xatırladaq ki, Messi avqustun 31-də Argentina millisindəki karyerasını başa vurduğunu rəsmən açıqlayıb. O, yığmanın heyətində sonuncu oyununu oktyabrın 6-da Beninə qarşı keçirib. Argentinalıların 3:0 hesabı ilə qalib gəldiyi görüşdə hücumçu 71-ci dəqiqədə penaltidən fərqlənib və iki məhsuldar ötürmə verib.
Messi “İnter Mayami”yə keçməzdən əvvəl “Barselona” və PSJ-də çıxış edib. Kataloniya klubunun heyətində dörd dəfə Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun və üç dəfə klublararası dünya çempionatının qalibi olub.
Argentinalı futbolçu, həmçinin səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb.
