“Qalatasaray”ın ulduzunun hamilə sevgilisi ağır qəzadan xəsarətsiz qurtuldu

15 Oktyabr 2026 04:13
83
“Qalatasaray”ın ulduzunun hamilə sevgilisi ağır qəzadan xəsarətsiz qurtuldu

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Viktor Osimhenin sevgilisi Stefani Kim Ladeviq İstanbulda yol-nəqliyyat hadisəsinə düşüb.

İdman.Biz Türkiyənin DHA agentliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 14-də gündüz saatlarında İstanbulun ətrafında baş verib. Qəzada üç avtomobil iştirak edib.

Məlumata görə, Ladeviqin idarə etdiyi avtomobil qarşıda dayanan nəqliyyat vasitəsinə çırpılıb. İlk toqquşmadan sonra idarəetməni itirən qadının maşını qarşıdan gələn avtomobil ilə toqquşub.

Osimhenin sevgilisinin hamiləliyinin səkkizinci ayında olduğu qeyd edilir. O, hadisə zamanı tibbi müayinədən keçmək üçün xəstəxanaya gedirmiş.

Qəza nəticəsində heç kim xəsarət almayıb. Hadisədən sonra həkim müayinəsindən keçən Ladeviqdə hər hansı ciddi sağlamlıq problemi aşkarlanmayıb.

İdman.Biz