UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün liqa mərhələsinin ikinci turu İtaliya klubları üçün uğursuz nəticələrlə yadda qalıb.
İdman.Biz “Opta” statistik platformasına istinadən xəbər verir ki, turnirin tarixində ilk dəfə İtaliyanı təmsil edən dörd komanda eyni turda məğlubiyyətlə üzləşib.
Oktyabrın 14-də “Roma” doğma meydanda “Real Madrid”ə 3:4 hesabı ilə uduzub. Roma təmsilçisi qarşılaşmanın 80-ci dəqiqəsinə qədər 3:1 hesabı ilə öndə olsa da, son dəqiqələrdə üç qol buraxaraq qələbəni əldən verib.
Həmin gün “Komo” da səfərdə Niderlandın “Feyenoord” klubuna 2:3 hesabı ilə məğlub olub.
Bir gün əvvəl isə “İnter” öz meydanında Belçikanın “Brügge” komandasına 3:4 hesabı ilə uduzub. “Napoli” də İspaniyada “Vilyarreal”a 1:3 hesabı ilə yenilib.
Beləliklə, İtaliyanın dörd təmsilçisi ikinci turu xalsız başa vuraraq Çempionlar Liqasının tarixində antirekord müəyyənləşdirib.
