Vinisius Mourinyonun qərarına etiraz etdi: “Real”ın oyununda qalmaqal

15 Oktyabr 2026 01:49
95
Vinisius Mourinyonun qərarına etiraz etdi: “Real”ın oyununda qalmaqal

“Real Madrid”in futbolçusu Vinisius Junior UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda “Roma” ilə keçirilən qarşılaşmada baş məşqçi Joze Mourinyonun qərarından narazı qalıb.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu matçın 59-cu dəqiqəsində, Madrid təmsilçisi 1:3 hesabı ilə geridə olarkən əvəzlənib. Onun yerinə meydana Endrik daxil olub.

Meydanın kənarında olan jurnalistlərin məlumatına görə, 26 yaşlı vinger portuqaliyalı mütəxəssisin qərarına emosional reaksiya verib. Ehtiyat oyunçular skamyasına doğru hərəkət edərkən əllərini yana açan Vinisius bir neçə dəfə məşqçilər korpusuna tərəf qışqıraraq “Niyə məni əvəzlədi?!” sualını səsləndirib.

Maraqlıdır ki, məhz onun yerinə meydana çıxan Endrik Madrid klubunun möhtəşəm geridönüşünün əsas iştirakçılarından birinə çevrilib.

83-cü dəqiqədə Karlos Espi hesab arasındakı fərqi azaldıb, iki dəqiqə sonra Endrik tarazlığı bərpa edib. Antonio Rüdiger isə 90-cı dəqiqədə qələbə qolunu vuraraq “Real”ın 4:3 hesablı qələbəsini təmin edib.

Vinisius qarşılaşmada məhsuldar hərəkətlə yadda qalmayıb.

İdman.Biz