Futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci turun növbəti oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, oktyabrın 14-də azarkeşlər doqquz qarşılaşmaya şahid olacaqlar.
Günün mərkəzi görüşlərindən biri İngiltərədə baş tutacaq. “Mançester Siti” doğma meydanda PSJ ilə üz-üzə gələcək.
Digər maraqlı qarşılaşmada İtaliyanın “Roma” futbol komandası İspaniyanın “Real Madrid” klubunu qəbul edəcək. İngiltərənin “Aston Villa” komandası isə Türkiyə təmsilçisi “Fənərbağça” ilə münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Çempionlar Liqası
İkinci tur, 14 oktyabr
Bakı vaxtı ilə
20:45 “Feyenoord” - “Komo”
20:45 LASK - “Liverpul”
23:00 “Roma” - “Real Madrid”
23:00 “Aston Villa” - “Fənərbağça”
23:00 “Şaxtyor” (Donetsk) - AEK
23:00 “Budyo-Qlimt” - “Borussiya” (Dortmund)
23:00 “Mançester Siti” - PSJ
23:00 “Betis” - “Portu”
23:00 “Slovan” (Bratislava) - “Ştutqart”
