“Barselona”da narazılıq: Gənc hücumçu komandadan ayrılmaq istəyir

15 Oktyabr 2026 07:15
95
“Barselona”da narazılıq: Gənc hücumçu komandadan ayrılmaq istəyir

“Barselona”nın futbolçusu Hamza Abdelkarim qış transfer pəncərəsində Kataloniya təmsilçisindən ayrıla bilər.

İdman.Biz “El Nacional” nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı misirli forvard cari mövsümdə ona ayrılan oyun vaxtından narazıdır.

Mövsümöncəsi qarşılaşmalarda uğurlu çıxış etməsinə baxmayaraq, Abdelkarim rəsmi oyunlarda demək olar ki, meydana çıxmır. Hücumçu indiyədək cəmi iki matçda iştirak edib. O, bu görüşlərin birində dörd, digərində isə əlavə edilmiş vaxt nəzərə alınmadan səkkiz dəqiqə oynayıb.

Gənc futbolçu baş məşqçi Hans-Diter Flikdən daha çox oyun vaxtı alacağına dair təminat gözləyir. Əks halda, Abdelkarim yanvar ayında digər klublardan gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.

Misirli hücumçunun karyerasını davam etdirməsi üçün mümkün variantlardan biri icarəyə göndərilməsidir. Bu seçim həm futbolçunun, həm də “Barselona” rəhbərliyinin maraqlarına uyğun ola bilər.

“Transfermarkt” portalının məlumatına görə, Abdelkərimin bazar dəyəri səkkiz milyon avrodur (16 milyon manat).

İdman.Biz