U-17 futbol millimiz Avropa çempionatının seçmə mərhələsinə böyükhesablı məğlubiyyətlə başlayıb

28 Sentyabr 2026 16:15
73
U-17 futbol millimiz Avropa çempionatının seçmə mərhələsinə böyükhesablı məğlubiyyətlə başlayıb

17 yaşadək qızlardan ibarət Azərbaycanın futbol millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Albaniyanın Rroqojinə şəhərində B Liqasının B1 qrupunda keçirilən qarşılaşmada yığmamız İrlandiya millisinə 0:16 hesabı ilə məğlub olub.

Azərbaycan U-17 millisi növbəti oyununu oktyabrın 1-də Kosovoya qarşı keçirəcək. Komandamız üç gün sonra Albaniya ilə üz-üzə gələcək.

İdman.Biz