ABŞ-nin Las-Veqas şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, görüşün başa çatmasına 16 saniyə qalmış 4:2 hesabı ilə öndə olan 18 yaşlı güləşçimiz özündən üç yaş böyük rəqibinin qələbə qazanmasına mane ola bilməyib.
Günay Qurbanova (59 kq) mundialın finalında ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə əsasən 4:4 hesabı ilə məğlub olub və gümüş medal qazanıb.
Daha əvvəl yunan-Roma güləşçilərimiz Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 18-dək davam edəcək.
Xatırladaq ki, ötən il azərbaycanlı idmançı 20 yaşadək və 23 yaşadək güləşçilər arasında dünya çempionatlarında bürünc medal qazanıb. Bu il isə U-20 dünya çempionatında gümüş mükafata sahib çıxıb. Beləliklə, Las-Veqasda əldə etdiyi gümüş medal Günay Qurbanovanın dünya çempionatlarında qazandığı ikinci mükafat olub. Günay son iki ildə U-23 Avropa çempionatının qalibi olub. Bundan başqa, o, artıq böyüklər arasında da çıxış etməyə başlayıb. Güləşçimiz bu il keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Azərbaycan güləşçilərinin Las-Veqasda əldə etdikləri digər nəticələrə gəlincə, yunan-Roma güləşi üzrə millimizin aktivində iki medal var. Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc mükafata sahib çıxıb.
23:59
ABŞ-nin Las-Veqas şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Nərgiz Səmədova (53 kq) ilk görüşündə özbəkistanlı Dilşoda Matnazarovaya 6:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
Bu mərhələdə yaponiyalı Nagisa Harada ilə qarşılaşan təmsilçimiz 0:10 hesabı ilə məğlub olub.
Oktyabrın 16-da Azərbaycanın digər təmsilçisi Günay Qurbanova (59 kq) final görüşünə çıxacaq.
Hazırda Azərbaycanın aktivində iki medal (bir gümüş, bir bürünc) var. Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 18-dək davam edəcək.
07:28
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova U-23 dünya çempionatının finalına vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda argentinalı Kamila Amarilla ilə qarşılaşıb.
Qurbanova rəqibini "tuş"la məğlub edərək qızıl medal uğrunda görüşə vəsiqə əldə edib.
Azərbaycanlı güləşçi oktyabrın 16-da keçiriləcək finalda Ukrayna təmsilçisi Alina Filipoviçlə üz-üzə gələcək
01:23
ABŞ-nin Las-Veqas şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycan təmsilçisi Günay Qurbanova (59 kq) yarımfinala yüksəlib.
İdman.Biz xəbər verir ki, təmsilçimiz dörddəbir finalda Türkiyə idmançısı Sevim Akbaşla qarşılaşıb.
Qurbanova rəqibini texniki üstünlüklə 10:0 hesabında məğlub edərək görüşü vaxtından əvvəl başa vurub.
Beləliklə, Azərbaycan güləşçisi finala vəsiqə uğrunda mübarizəni davam etdirəcək.
00:32
ABŞ-nin Las-Veqas şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın iki qadın güləşçisi - Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) xalça üzərinə çıxıb.
Qurbanova dörddəbir finala yüksəlib, Şirinova isə ilk görüşündə məğlub olub.
Yunan-Roma güləşi üzrə Ruslan Nurullayev (77 kq) təsəlliverici görüşlərdə iki qələbə qazanaraq bürünc medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Ayxan Cavadov (63 kq), Orxan Hacıyev (87 kq) və Məzahim Mərdanov (130 kq) isə təsəlliverici qarşılaşmalarda uduzaraq çıxışlarını başa vurublar.
Hazırda Azərbaycan millisinin hesabında bir medal var. 60 kq çəki dərəcəsində mübarizə aparan Elmir Əliyev gümüş mükafata sahib çıxıb.
Dünya çempionatı oktyabrın 18-də başa çatacaq.
15:12
ABŞ-nin Las-Veqas şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, bu gün Azərbaycanın dörd yunan-Roma güləşçisi təsəlliverici görüşlərdə, iki qadın güləşçisi isə 1/8 final mərhələsində mübarizə aparacaq.
63 kq çəki dərəcəsində Ayxan Cavadov ekvadorlu Klisman Adrian Karrasedo Velizlə, 77 kq-da Ruslan Nurullayev iranlı Ahura Malek Məhəmməd Buveiri Piani ilə, 87 kq-da Orxan Hacıyev serbiyalı Antal Vamosla qarşılaşacaq.
130 kq çəki dərəcəsində çıxış edən Məzaim Mərdanov isə yunanıstanlı Axilleas Xrisidis və ermənistanlı Aramayis Harutyunyanla üz-üzə gələcək.
Qadın güləşçilərdən Gültəkin Şirinova (55 kq) 1/8 finalda özbəkistanlı Ulmeken Esenbayeva ilə qarşılaşacaq. Günay Qurbanova (59 kq) isə bu mərhələdə yaponiyalı Natsuki Yamaquçi və ABŞ təmsilçisi Aleksis Mari Janiakla mübarizə aparacaq.
Görüşlər Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, 23 yaşadək güləşçilər arasında dünya çempionatında Elmir Əliyev (60 kq) gümüş medal qazanıb. Oktyabrın 18-dək davam edəcək mundialda Azərbaycanı 23 güləşçi təmsil edir.
