17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2027-nin seçmə mərhələsində son oyununu keçirib.
İdman.Biz xəbər verir ki, B1 qrupunun son turunda yığmamız Albaniya millisi ilə qarşılaşıb və 2:7 hesabı ilə məğlub olub.
Azərbaycan futbolçuları daha əvvəl İrlandiyaya 0:16, Kosovoya isə 3:8 hesabı ilə uduzublar.
Beləliklə, millimiz seçmə mərhələni üç məğlubiyyətlə başa vurub.
B1 qrupunun bütün oyunları Albaniyanın Roqojina şəhərində keçirilib.
