UNEC və “DH Volley” Super Liqanın təxirə salınmış oyununda qarşılaşacaqlar

13 Noyabr 2026 10:38
42
UNEC və “DH Volley” Super Liqanın təxirə salınmış oyununda qarşılaşacaqlar

Bu gün voleybol üzrə Azərbaycan çempionatının qadınlar Super Liqasında UNEC və “DH Volley” komandaları arasında birinci turun təxirə salınmış oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, qarşılaşma UNEC voleybol klubunun idman zalında baş tutacaq və saat 16:00-da başlayacaq.

Matçın əvvəlcə çempionatın açılış turu çərçivəsində keçirilməsi nəzərdə tutulsa da, “DH Volley” komandasının avrokuboklarda iştirakı səbəbindən təxirə salınıb.

Qeyd edək ki, UNEC Super Liqanın sonuncu görüşündə “Murov Az Terminal”a 1:3 (25:18, 17:25, 19:25, 21:25) hesabı ilə məğlub olub.

İdman.Biz