Azərbaycan Super Liqası: “Gəncə” “Naxçıvan”a qarşı

14 Noyabr 2026 11:57
36
Azərbaycan Super Liqası: “Gəncə” “Naxçıvan”a qarşı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün ikinci turun növbəti oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun qarşılaşmasında “Gəncə” və “Naxçıvan” komandaları üz-üzə gələcəklər.

Gəncə İdman Sarayında baş tutacaq görüş saat 16:00-da başlayacaq.

Turun əvvəlki oyunlarında “Murov Az Terminal” UNEC-i 3:1 (18:25, 25:17, 25:19, 25:21), “AZERRAIL” isə Milli Aviasiya Akademiyasını 3:0 (25:20, 25:22, 25:23) hesabı ilə məğlub edib.

İki turdan sonra turnir cədvəlinə “Naxçıvan”, “AZERRAIL”, “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları hərəyə üç xalla başçılıq edirlər. Digər kollektivlərin hesabında xal yoxdur.

İdman.Biz