Azərbaycanın futbol millisi bu gün yoldaşlıq oyununda Andorra ilə üz-üzə gələcək

16 Noyabr 2026 09:29
49
Azərbaycanın futbol millisi bu gün yoldaşlıq oyununda Andorra ilə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra millisi ilə qarşılaşacaq.

Enkamp şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qarşılaşmanın baş hakimi ispaniyalı Xose Luis Munuera olacaq.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz