Azərbaycanın U-20 millisi İraqla iki yoldaşlıq oyunu keçirəcək

15 Noyabr 2026 14:13
28
Azərbaycanın U-20 millisi İraqla iki yoldaşlıq oyunu keçirəcək

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində İraq yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.

İdman.Biz xəbər verir ki, qarşılaşmalar millimizin təlim-məşq toplanışının ikinci mərhələsində baş tutacaq.

İlk oyun noyabrın 17-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

Komandalar arasında ikinci qarşılaşma isə noyabrın 20-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Matçın start fiti saat 16:00-da səslənəcək.

Hər iki görüş canlı yayımlanacaq. İlk oyunu "CBC Sport" telekanalı, ikinci qarşılaşmanı isə kanalın rəsmi YouTube səhifəsi vasitəsilə izləmək mümkün olacaq.

Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan U-20 millimiz hazırlığın ikinci mərhələsinə noyabrın 16-dan etibarən Bakıda davam edəcək.

İdman.Biz