U-21 futbol millimiz Omanla yoxlama oyunu keçirəcək

14 Noyabr 2026 11:37
37
U-21 futbol millimiz Omanla yoxlama oyunu keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Oman U-23 millisi ilə qarşılaşacaq.

“Bank Respublika Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Komandalar noyabrın 17-də daha bir yoxlama matçında üz-üzə gələcəklər. Həmin qarşılaşma da eyni stadionda və eyni saatda təşkil olunacaq.

İdman.Biz