Misir millisinin futbolçusu Məhəmməd Salah yığmanın tarixində ən çox qol vuran oyunçuya çevrilib.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
https://t.co/xPQmIudxsV
— Mohamed Salah (@MoSalah) November 13, 2026
Hücumçu Malavi ilə keçirilən qarşılaşmada dubl edərək milli komandadakı qollarının sayını 70-ə çatdırıb. Misir yığması həmin oyunda 5:0 hesablı qələbə qazanıb.
Beləliklə, Salah Misir millisinin sabiq futbolçusu Hossam Hassanın 69 qolluq rekordunu geridə qoyub.
Qeyd edək ki, Salahın qol sayı ilə bağlı statistik mənbələr arasında fərq var. Misir futbolunun hesablamasına əsasən, onun aktivində 70 qol var. FIFA-nın statistikasında isə iki qol fərqi mövcuddur və Salahın göstəricisi 68 olaraq qeyd edilir. Bu fərq bəzi yoldaşlıq görüşlərinin rəsmi beynəlxalq oyun kimi hesablanmaması ilə əlaqədardır.
