Madrid “Real”ı Braziliyanın “Atletiko Mineyro” klubunun 18 yaşlı müdafiəçisi Vitaonu transfer etməkdə maraqlıdır.
İdman.Biz “Sport” nəşrinə istinadən xəbər verir ki, gənc futbolçu İngiltərənin “Brayton” və “Everton” klublarının da diqqət mərkəzindədir.
İngiltərə təmsilçiləri arasında “Brayton” daha fəal mövqe tutur. Klub rəqiblərini qabaqlayaraq qış transfer pəncərəsində Vitao üçün 14 milyon avro (təxminən 26,3 milyon manat) təklif etməyə hazırlaşır.
Lakin bu məbləğ futbolçunun müqaviləsində xarici klublar üçün nəzərdə tutulan 20 milyon avroluq sərbəstqalma məbləğindən aşağıdır.
“Atletiko Mineyro” rəhbərliyi daha əvvəl Vitao ilə müqaviləni yeniləməyə çalışıb. Braziliya klubu müdafiəçiyə maaş artımı və sərbəstqalma məbləğinin yüksəldilməsini təklif etsə də, son həftələrdə danışıqlar dalana dirənib.
Məlumata görə, gənc müdafiəçi hazırda Braziliya çempionatında ən az maaş alan futbolçulardan biridir.
