Şirer “Arsenal”ın əsas rəqibini açıqladı: “Mançester Siti” deyil

14 Noyabr 2026 04:12
17
Şirer “Arsenal”ın əsas rəqibini açıqladı: “Mançester Siti” deyil

İngiltərə millisinin və “Nyukasl”ın sabiq hücumçusu Alan Şirer İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizədə “Arsenal”ın əsas rəqibinin hansı komanda ola biləcəyini açıqlayıb.

İdman.Biz “Metro” nəşrinə istinadən xəbər verir ki, keçmiş futbolçu bu mövsüm “Brayton”un London klubuna ciddi rəqabət göstərə biləcəyini düşünür:

“Brayton” bu mövsüm çempionluq mübarizəsində “Arsenal”ın əsas rəqibi ola bilər. “Liverpul” hazırda keçid dövrünü yaşayır. Eyni sözləri “Çelsi” haqqında da demək olar. Bu klubların qarşıda hələ çox işi var”.

Şirer “Brayton”un hazırkı çıxışını yüksək qiymətləndirib:

“Brayton” indi inanılmaz futbol oynayır. Onların oyun üslubu, o cümlədən beynəlxalq qarşılaşmalardakı çıxışları tərifə layiqdir. Düşünmürəm ki, “Brayton” mövqeyini asanlıqla əldən versin. Mövsümün böyük hissəsində təxminən indiki pillədə qalacaqlar”.

Qeyd edək ki, hazırda “Arsenal” 27 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. “Brayton” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

İdman.Biz