“Arsenal”ın 16 yaşlı istedadı Bellinqemin rekordunu qırdı

14 Noyabr 2026 05:21
66
“Arsenal”ın 16 yaşlı istedadı Bellinqemin rekordunu qırdı

London “Arsenal”ının yarımmüdafiəçisi Maks Dauman İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisində debüt edərək tarixi rekorda imza atıb.

İdman.Biz “Afcnewsroom”a istinadən xəbər verir ki, 16 yaşlı futbolçu Portuqaliya ilə keçirilən yoldaşlıq görüşünün 61-ci dəqiqəsində meydana daxil olub. Qarşılaşma ingilislərin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bununla da Dauman İngiltərənin U-21 millisinin tarixində meydana çıxan ən gənc futbolçu olub. O, “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemə məxsus rekordu yeniləyib.

Bellinqem gənclər millisində debüt edərkən Daumandan dörd ay böyük olub.

Gənc yaşına baxmayaraq, “Arsenal”ın istedadlı futbolçusu artıq əsas komandada da təcrübə qazanıb. O, London təmsilçisinin heyətində 19 matç keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, dekabrın 31-də Maks Daumanın 17 yaşı tamam olacaq.

İdman.Biz