Rövşən Nəcəf millimizi qələbə münasibətilə təbrik etdi - FOTO

14 Noyabr 2026 14:27
49
Rövşən Nəcəf millimizi qələbə münasibətilə təbrik etdi - FOTO

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasını UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması üzərində qazanılan qələbə münasibəti ilə təbrik edib.

İdman.Biz xəbər verir ki, qurum rəhbəri bu barədə “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.

“Milli komandamız Lixtenşteyn üzərində səfər qələbəsi qazanaraq UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupunda birinci yeri təmin etdi. Təbriklər, millimiz!”, - deyə o bildirib.

Qeyd edək ki, Lixtenşteyn - Azərbaycan oyunu yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qolu 26-cı dəqiqədə Mahir Emreli meydan sahiblərinin qapısına vurub.

İdman.Biz