Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti və Madrid "Real"ının çalışdırıcısı Joze Mourinyo Vinisius Juniorun ən yaxşı oyun formasını bərpa etməsi məqsədilə sıx əlaqə saxlayırlar.
İdman.Biz "The Touchline"a istinadən xəbər verir ki, mütəxəssislər 26 yaşlı hücumçu üçün birgə fərdi hazırlıq planı hazırlamaq niyyətindədirlər.
Baş məşqçilərin əsas məqsədi braziliyalı futbolçunun özünəinamını bərpa etmək və onun optimal formasına qayıtmasına kömək etməkdir. Ançelotti və Mourinyo hesab edirlər ki, Vinisius ən yaxşı fiziki və psixoloji vəziyyətində dünyanın üç ən güclü futbolçusundan biridir.
Klub və milli komandanın məşqçilər korpusları arasında əməkdaşlığın futbolçunun hazırlıq prosesinə daha effektiv nəzarət etməyə və onun potensialını tam üzə çıxarmağa imkan yaradacağı gözlənilir.
Qeyd edək ki, Vinisius cari mövsüm İspaniya çempionatında səkkiz oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib.
