Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi doğma meydanda Sloveniyanın “ACH Volley Lyublyana” klubu ilə qarşılaşacaq.
Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Komandalar arasında cavab matçı noyabrın 26-da Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək.
Qeyd edək ki, “Xilasedici” əvvəlki mərhələdə Portuqaliyanın “Sportinq” klubunu mübarizədən kənarlaşdırıb.
