“Azərmaş Abşeron” UNEC-i səfərdə məğlub etdi: dörd setlik mübarizə

19 Noyabr 2026 19:59
84
“Azərmaş Abşeron” UNEC-i səfərdə məğlub etdi: dörd setlik mübarizə

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının üçüncü turunda növbəti qarşılaşma keçirilib.

İdman.Biz xəbər verir ki, UNEC öz meydanında “Azərmaş Abşeron” komandasını qəbul edib.

UNEC voleybol klubunun idman zalında baş tutan görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk setdə meydan sahibləri 25:15 hesabı ilə üstün olsalar da, “Azərmaş Abşeron” növbəti hissələrdə təşəbbüsü ələ alıb. Qonaqlar ikinci setdə 25:22, üçüncüdə 25:17, daha gərgin keçən dördüncü setdə isə 27:25 hesabı ilə qalib gələrək matçı öz xeyirlərinə başa vurublar.

Super Liqa, üçüncü tur

19 noyabr

UNEC - “Azərmaş Abşeron” - 1:3 (25:15, 22:25, 17:25, 25:27)

Qeyd edək ki, turun növbəti görüşü noyabrın 20-də keçiriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl” və “DH Volley” komandaları üz-üzə gələcəklər.

İdman.Biz