Azərbaycanın U-16 voleybol millisi Litvanı məğlub etdi

22 Noyabr 2026 00:51
29
Azərbaycanın U-16 voleybol millisi Litvanı məğlub etdi

16 yaşadək qızlardan ibarət Azərbaycan voleybol millisi Avropa çempionatının birinci təsnifat mərhələsində ilk qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, Estoniyanın Kyariku şəhərində keçirilən yarışın B qrupunda mübarizə aparan yığmamız sonuncu, üçünücü turda Litva ilə qarşılaşıb.

Gərgin keçən görüş Azərbaycan millisinin 3:1 (25:16, 23:25, 25:23, 27:25) hesablı qələbəsi ilə başa çatıb.

Komandamız ilk setdə üstün oyun nümayiş etdirərək 25:16 hesabı ilə qalib gəlib. İkinci hissədə Litva yığması tarazlığı bərpa etsə də, Azərbaycan voleybolçuları növbəti iki setdə rəqibindən üstün olublar.

Qeyd edək ki, millimiz turnirin ilk oyununda Estoniyaya 2:3, ikinci qarşılaşmada isə Ukraynaya 1:3 hesabı ilə məğlub olmuşdu.

Qrup mərhələsinin yekununda Litva altı xalla birinci yeri tutub. Ukrayna, Estoniya və Azərbaycan yığmalarının hər biri isə dörd xal toplayıb.

İdman.Biz