Bu gün qadın voleybolçuların Super Liqasında dördüncü turun qarşılaşması baş tutacaq.
İdman.Biz xəbər verir ki, “Milli Aviasiya Akademiyası” və “Naxçıvan” komandaları üz-üzə gələcəklər.
Saat 16:00-da başlayacaq görüş Milli Aviasiya Akademiyası Voleybol Klubunun idman zalında keçiriləcək.
Turnir cədvəlində “Milli Aviasiya Akademiyası” altı xalla üçüncüdür. “Naxçıvan” isə beş xalla dördüncüdür.
