Bu gün kişi voleybolçuların Super Liqasında altıncı turun növbəti qarşılaşması keçiriləcək.
İdman.Biz xəbər verir ki, saat 16:00-da “Murov Az Terminal” və “Ordu” komandaları üz-üzə gələcəklər.
Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Turnir cədvəlində “Murov Az Terminal” dörd xalla dördüncüdür. “Ordu” isə doqquz xalla liderdir.
