“Neftçi” “Qarabağ”a qarşı oyuna neçə itki ilə çıxacaq? - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

17 Oktyabr 2026 10:28
110
“Neftçi” “Qarabağ”a qarşı oyuna neçə itki ilə çıxacaq? - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunda “Qarabağ”ın qonağı olacaq “Neftçi”nin heyətində itkilər müəyyənləşib.

Bu barədə “ağ-qaralar”ın mətbuat katibi Asəf Zeynallı İdman.Biz-ə məlumat verib.

O bildirib ki, müdafiəçi Murad Xaçayev məşq zamanı zədələndiyi üçün qarşıdakı matçda meydana çıxa bilməyəcək. Futbolçunun sol topuq oynağında bir neçə bağın gərilməsi qeydə alınıb. Hazırda komandada başqa zədəli və ya cəzalı futbolçu yoxdur.

Qeyd edək ki, “Qarabağ” - “Neftçi” oyunu bu gün keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüşün start fiti 19:00-da səsləndiriləcək. “Qarabağ” 16 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. 16 xala malik “Neftçi” isə liderdir.

İdman.Biz