“Bavariya”nın futbolçusu Harri Keynin yeni müqaviləsi üzrə maliyyə detalları məlum olub.
İdman.Biz “The Times”a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu yeni müqaviləyə əsasən həftədə 400 min funt-sterlinq (475 min avro) qazanacaq. Bu, onun 2023-cü ildən aldığı maaşla eyni məbləğdir.
Məlumata görə, Keyn 2030-cu ildə keçiriləcək dünya çempionatına qədər yüksək səviyyədə çıxış etmək məqsədilə müqaviləsini həmin ilədək uzatmaq istəyib. Lakin “Bavariya” sazişin 2029-cu ilə qədər yenilənməsində israr edib.
Qeyd edək ki, Keyn 2023-cü ilin yayından “Bavariya”da çıxış edir. Bu müddətdə bütün turnirlərdə 156 oyuna çıxan hücumçu 154 qol vurub və 37 məhsuldar ötürmə edib.
O, Münhen təmsilçisi ilə iki dəfə Bundesliqanın qalibi olub, Almaniya Superkubokunu və ölkə kubokunu qazanıb.
