Azərbaycan Premyer Liqası: “Qəbələ” “Sabah” ilə üz-üzə

17 Oktyabr 2026 09:48
89
Azərbaycan Premyer Liqası: “Qəbələ” “Sabah” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunda “Qəbələ” - “Sabah” qarşılaşması keçiriləcək.

İdman.Biz xəbər verir ki, saat 16:00-da start götürəcək qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.

“Qəbələ” dörd xalla turnir cədvəlinin 10-cu pilləsində yer alıb. 16 xala malik “Sabah” isə ikincidir.

Misli Premyer Liqası
Birinci dövrə, Səkkizinci tur

17 oktyabr (şənbə)
16:00. “Qəbələ” - “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. Tura oktyabrın 18-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: