“Liverpul”un futbolçusu Bredli Barkola ötən yay ayrıldığı PSJ ilə hazırkı komandası arasındakı fərqləri izah edib.
İdman.Biz “Telefoot”a istinadən xəbər verir ki, fransalı hücumçu İngiltərə klubunda oynamağın onun üçün daha asan olduğunu bildirib.
“Burada parlaq ideyaları olan əla baş məşqçi var. Uyğunlaşmağa çalışıram, çünki buradakı mühit PSJ-dəkindən tamamilə fərqlidir.
İngiltərə liqası fərqlənir və məncə, burada taktikaya daha az üstünlük verilir. Ola bilsin, bu, əvvəllər taktiki baxımdan son dərəcə tələbkar məşqçinin - Luis Enrikenin rəhbərliyi altında oynamağımızla bağlıdır.
Burada meydanda daha az mövqe dəyişikliyi baş verir. Əvvəlki məşqçimin rəhbərliyi altında başqa futbolçunun mənim yerimi tutması üçün əvvəlcə meydanın mərkəzinə, sonra isə cinahlara keçməli olurdum. Burada isə hər şey tamamilə fərqlidir”, – deyə Barkola vurğulayıb.
